RU
08:08
93

"Barselona" son dəqiqələrdə 2 qol buraxdı

İspaniya La Liqasında XXII turun oyunları davam edir.



Lider.com.az xəbər verir ki, günün son qarşılaşmasında "Barselona" "Vilyareal"ı qəbul edib.



Görüş qonaqların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Ətraflı



Hesabı 41-ci dəqiqədə qonaqların heyətində Cerard Moreno açıb. İlias Akomaç 54-cü dəqiqədə fərqi iki topa çıxardıb. Ruhdan düşməyən Xavi Ernandesin komandası 60-cı dəqiqədə İlkay Gündoğanla rəqibi cəzalandırıb. Pedri 68-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Erik Bayi 71-ci dəqiqədə avtoqol müəllifi olub. Qonsalo Quedeş 84-cü dəqiqədə Kataloniya təmsilçisini üçüncü dəfə cəzalandırıb. 90+9-cu dəqiqədə Aleksandr Sörlot komandasını yenidən hesabda önə keçirib. 90+12-ci dəqiqədə isə Xose Luis Morales fərqlənərək matçdakı yekun nəticəni müəyyənləşdirib.



Günün əvvəlki matçlarında "Real Madrid" "Las Palmas"ı 2:1, "Alaves" "Almeriya"nı 3:0 məğlub edib. "Real Sosyedad" - "Rayo Vallekano" görüşündə isə qapılara qol vurulmayıb.



Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 52 xalla ikincidir. "Barselona" 44 xalla üçüncü, "Atletiko" (Madrid) isə 41 xalla dördüncü pillədə qərarlaşıb. Xallarını 23-ə çatdıran "Vilyareal" 14-cü sıradadır.

Новостная лента

Самые читаемые